
Türkiyə Varlıq Fondu (TWF) Küveyt ilə 600 milyon dollarlıq uzunmüddətli maliyyələşdirmə müqaviləsi imzalayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, razılaşma TWF-nin İslam maliyyələşdirmə bazarlarından təmin etdiyi resursların ümumi həcmini 1,8 milyard dollardan artıq edir.
Prezident Rəcəb Tayyib Ərdoğanın vizyonuna uyğun olaraq fəaliyyətini davam etdirən fond, 2025-ci ilin sonuna qədər həcminin 5 trilyon dollara çatacağı təxmin edilən qlobal İslam maliyyə sektorunda əhəmiyyətini durmadan artırmaqdadır.
Ödəmə müddəti və məbləği baxımından Türkiyədəki qurumlara nümunə olan, girov və zəmanət tələb etməyən bu maliyyə müqaviləsi TVF-nin güclü maliyyə quruluşu, beynəlxalq bazarlardakı nüfuzu və investorlarla etibarlı əlaqələri sayəsində əlverişli və bazara uyğun şərtlərlə təmin edilmişdir.
Bu əməliyyat Türkiyə və Küveyt arasında maliyyə əməkdaşlığı gücləndirir, eyni zamanda TWF-nin qlobal bazarlarda resurs müxtəlifliyini artırmaq və strateji investisiyalar vasitəsilə Türkiyənin iqtisadi böyüməsinə və kapital bazarlarını dərinləşdirməyə töhfə vermək məqsədlərinə xidmət edir.
Anar Əliyev