
Türkiyədə sərnişin avtobusu yanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Ümraniyedə şəhərlərarası avtobusda yanğın baş verib. Mühərrik hissəsində yanğının başladığını anlayan sürücü avtomobili saxlayıb və sərnişinləri təxliyyə edib. Avtobusu yararsız hala salan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yerli polisin açıqlamasına görə, yanğın saat 21:30 radələrində Şərifəli məhəlləsində Alptekin küçəsində sərnişin götürmək üçün dayanan şəhərlərarası avtobusun mühərrik hissəsində başlayıb. Avtomobilin mühərrikindən tüstü çıxdığını görən sürücü avtobusu saxlayıb və sərnişinləri təxliyyə edib. Bu arada alov genişlənərək avtobusun arxa hissəsinə keçib. Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğından sonra avtobus yararsız hala düşüb. Faktla bağlı araşdırmalar davam edir.
Anar Əliyev