Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

98,2 milyon kilovat-saat elektrik enerjisinə qənaət edilib

98,2 milyon kilovat-saat elektrik enerjisinə qənaət edilib


Cari ilin 7 ayı ərzində Özbəkistanda 72,9 milyon kilovat-saat elektrik enerjisinə, 34,48 milyon kubmetr təbii qaza qənaət edilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu rəqəmlər planın müvafiq olaraq 132 və 101,5 faizini təşkil edir.

Bu günlərdə “Şurtan” qaz-kimya kompleksində 48 min kubmetr tullantı qazından elektrik enerjisi istehsalı üzrə səmərəli layihə həyata keçirilir. Layihə tam gücü ilə istifadəyə verildikdə kompleks 36,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək və atmosferə 14297 ton SO2 emissiyasının qarşısını alacaq. Qaz Neft və Qazçıxarma İdarəsində 7 MVt gücündə qaz porşenli elektrik stansiyası tikilir. Bu layihə 47 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək.

Həmçinin, sistemin müəssisə və idarələrində 95 MVt və ya 190 MVt*saat gücündə BESS (Batareya Enerjisi Saxlama Sistemi) enerji saxlama modulları tətbiq edilir. Təbii ki, belə tədbirlər nəticəsində elektrik enerjisi və yanacaq ehtiyatlarına qənaət olunacaq, eyni zamanda ekoloji dayanıqlığa nail olunacaqdır.

Cari planda cari ilin sonuna kimi 98,2 milyon kilovat-saat elektrik enerjisinə, 72 milyon kubmetr təbii qaza qənaət edilməsi nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş