Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evdə səslənən bəyanat təkcə siyasi məzmun daşımırdı

Ağ Evdə səslənən bəyanat təkcə siyasi məzmun daşımırdı


Ağ Evdə səslənən bəyanat təkcə siyasi məzmun daşımırdı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərirdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Yevlax Rayon Təşkilatının fəalı Gülnar İsayeva səsləndirib. O deyib ki, iki dövlət arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər:

"Səfər çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələri ilə də görüşdü. Müsahibə zamanı dövlət başçısı görüşün əhəmiyyətindən, əldə olunmuş razılaşmalardan və qarşıdakı hədəflərdən danışdı. O, suallara açıq və ətraflı cavab verərək ölkənin xarici siyasətində şəffaflıq prinsipinin əsas yer tutduğunu bir daha göstərdi".

Hakim partiya təmsilçisi qeyd edib ki, bu hadisə Azərbaycan üçün həm diplomatik, həm də informasiya baxımından əlamətdar idi:

"Prezidentin həm beynəlxalq arenada, həm də öz xalqı qarşısında eyni qətiyyət və səmimiyyətlə çıxış etməsi dövlətin gücünü və xalqla birliyini təsdiq etdi.
Prezident İlham Əliyevin Ağ Evdə bəyanatı və media qarşısındakı çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən, milli maraqlarını müdafiə edən mühüm addım oldu. Bu, həm ölkəmizin xarici siyasət uğurlarının, həm də milli birliyimizin bariz nümunəsidir".

Anar Əliyev
Xəbəri paylaş