Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərdi sahibkarlar və özünüməşğulluq subyektləri üçün vergi 1% olacaq

Fərdi sahibkarlar və özünüməşğulluq subyektləri üçün vergi 1% olacaq


Özbəkistanda fərdi sahibkarlar və özünüməşğulluq subyektləri üçün vergi 1% civarında olacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyev kölgə iqtisadiyyatına qarşı mübarizə sisteminin təkmilləşdirilməsi, o cümlədən fərdi sahibkarlar və özünüməşğulluq subyektləri üçün əlverişli şəraitin yaradılması ilə bağlı təkliflərin təqdimatı zamanı deyib.

İclasda “kölgə iqtisadiyyatı”nı yaradan amillər və onların aradan qaldırılması tədbirləri müzakirə edilib. Bunun ən təsirli yollarından biri kimi müasir texnoloji və innovativ həllərə keçid göstərilib.

Bildirilib ki, 2030-cu il dekabrın 31-dək fərdi sahibkarlar və özünüməşğulluqla məşğul olan vətəndaşlar üçün xüsusi hüquqi rejim tətbiq olunacaq, inteqrasiya olunmuş rəqəmsal platforma yaradılacaq. Bu platforma dövlət qeydiyyatından tutmuş hesabata qədər xidmətləri birləşdirəcək və gəlirlərin alınması, işçilərlə, podratçılarla hesablaşmaların aparılması və vergilərin ödənilməsi üçün elektron hesablar açmağa imkan verəcək. Bu halda elektron hesablar üçün bank hesablarının açılması elektron hesab istifadəçiləri üçün məcburi olmayacaq.

Süleyman
Xəbəri paylaş