
İndoneziyada şiddətli zəlzələ olub.
Newscenter.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin əyalətin Abepura rayonundan 193 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.
10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Anar Əliyev