
Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovun başçılıq etdiyi nümayəndə heyəti İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olub.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, səfər çərçivəsində bir sıra görüşlər və danışıqlar aparılıb.
İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah ilə də səmərəli görüş keçirilib, ticarət həcminin artırılması və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması müzakirə olunub. Sənaye kooperasiyası və ixracın dəstəklənməsi sahəsində bacarıqların mübadiləsinə xüsusi diqqət yetirilib. Görüşün əsas nəticəsi Preferensial Ticarət Sazişinin layihəsinin hazırlanmasına dair qarşılıqlı razılığın əldə olunması olub.
Günün sonunda İordaniya Ticarət və Sənaye Palatasının rəhbərliyi və əczaçılıq, kimya, toxuculuq, elektrotexnika, qida sənayesi sahələrində fəaliyyət göstərən 20-dən çox komanda ilə dəyirmi masa keçirilib. Bu dövlət işgüzar dairələri respublikamızın investisiya mühitinin praktiki aspektləri ilə ətraflı tanış oldular. Perspektivli hazır layihələr təklif olunub, tərəfdaşlığın konkret istiqamətləri razılaşdırılıb.
Süleyman