Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlər Binasında nə baş verir?

Jurnalistlər Binasında nə baş verir?


Allah qapısını açsın, mən bu fikirləri KİVDF sədri Vüqar Səfərli iş başında olanda yazmışam, ona görə də indi paylaşıram. Vuqar müəllim ağılli, savadlı adamd idi, zarafat deyildi, Mex.Matı bitirmişdi. I Jurnalist binasınıninanın hər mənzilinə maksimum aylıq rüsum təyin etmişdi, amma bununla kifayətlənmirdi...

Vüqar Səfərli binanın kombilərini Türkiyənin "Dəmir Dökum" şirkətindən almışdi, Bakıda Mətbuatı Şurasının yaxınlığında da eyniadlı bir servis açmışdı. Bina sakinləri ancaq bu servisə müraciət etməli idi. Burda Vosmoy bazarında 5-10 manat olan adi plasmas filtrlər 25-35 manata satılırdı. Kombini yumağin qiyməti 100, təmir etməyin qiyməti isə, 200 manata kimi qalxırdı.

Bu "kombi yumaq" bir ayrı söhbətdir, rəvayətdir. Deməli Vüqar müəllim Bakıda Qaz İdarəsinin o vaxtkı sədri ilə (öz kəndçısi idi) sövdələsmişdi, Jurnalist binasına səmt qazı, yəni təmizlənməmiş, çirkli qaz verirdi. Jurnalistlər də hər ay kombilərini (yay-qış, fərqi yoxdur) yudurtmalı olurdu. Bu, hər mənzildən ildə 1000 manat qədər edirdi. I binada da 154 mənzil vardı. Siz yığılan pulları saya bilirsizmi?! Keçən vaxt da mənim fikirlərimi təsdiq etdi. Vüqar Səfərli artıq 3-4 ildir ki, işləmir, bizim kombilər də, 3-4 ildir ki, çirklənmir, işləyir. Mən şəxsən bir dəfə də yudurtmamışam...

Amma, indi Vüqar Səfərlinin atasına rəhmət oxuyuruq, yağışdan çıxəb yağmura düsmüşuk. Hardansa Sevil xanım adlı bir qadın zühur edib və öžunü I binanın sədri elan edib. Ozünü elə aparır ki, sanki cənab Prezident binanı jurnalistlərə yox, Sevil xanıma hədiyyə edib, biz də onun kirayəşinləiyik. Hər səhər də bizi Vatsap səhifəsində belə salamlayır: "Mən 1-ci blokda, 1-ci mərtəbədəyəm, sakinlərdən pulları qəbul edirəm". Xanım mənzillərin aylıq rüsumlarını şəxsi bank kartına yukləyir, hər gün əlavə lift pulu, işıq pulu istəyir...

Bilənlər bilir, bilməyənlər üçun deyim ki, KİVDF-nin varisi olan Mətbuat Agentliyi Jurnalist binalarının idarəçiliyindən imtina edib və binanı sakinlərin idarəçililiyinə verib. Deməli, binaların sakinləri yığışmalı və hüquqi şəxs olan bir MMC yaratmalı idilər. I binanın keçən ilin oktyabrında keçən təsis yığıncağinda mən də iştirak etmişəm, cəmi 20-30 adam vardı. Mən etiraz etdim ki, kvorum yoxdur, ən azı 80 adam olmalıdir.
Amma iclasa de-fakto sədrlik edən Sevil xanım məni heç fərziyyə kimi də qəbul etmədi. Əvvəldən hazırlanmış siyahı ilə 15 nəfərlik İdarə heyəti elan edildi, əvvəlcədən hazırlanmış Nizamnamə qəbul edildi. Təklif etdim ki, heç olmasa, İdarə heyətinin üzvləri özləri haqqında məlumat versinlər, Nizamnaməyə əlavə və təkliflər qəbul edilsin. Sevil xanım mənə cavab vermədi və BU GUNDƏN ETİBARƏN MƏNZİL RÜSUMLARINI ÖZ ŞƏXSİ BANK KARTİNA YIGACAĞINI ELAN ETDİ. Mən yenə etiraz etdim ki, bu , qeyri-qanunidir, faktiki olaraq, cinayət əməlidir. Sakinlərin pulu MMC-nin rəsmi bank hesabına keçirilməlidir. Bu dəfə xanım mənim fikrimi birmənalı olaraq iqnor etdi...

Amma xanım bununla kifayətlənirmi?! Təbii ki, yox. Vüqar müəllim"Kombi metodu"ndan istifadə etdiyi kimi, Sevil xanım da "Lift metodu"ndan istifadə etməyə basladı. Deməli, 1-ci blokda (2-cini dəqiq bilmirəm) liftlərin birini daim baglı saxlanilır, o biri də mütəmadi olaraq, bağlanır. Xanim Vatsap səhifəsində də liftlərin köhnə, servisinin bahalı olduğunu elan edir, liftlərin işləməsi ücun hər gün əlavə pul tələb edir...

Dostlar, mən "Vosmoy"da lifti olan binada anadan olmuşam, 50 il bu binada yaşamışam. Lift binanın üstundə gəlir, icarəyə verilmir. Hardasa 20-30 il işləyir, bundan sonra köhnəlir, mütəmadi olaraq, təmir edilir. Bu təmir də bahalı bir şey deyil, qonşular hərəyə 5-3 manat verir, eyni usta gəlir, lifti təmir edir. Təsadüfi qəza halları olmasa, əlavə xərc tələb edilmir. Jurnalist binasının liftlərinin də cəmi 10 yaşı var, hələ cavandırlar...
Mən 1-ci Jurnalist binasının 1-ci blokunda 6-cı mərtəbədə yaşayiram. 8-ci mərtəbədə yaşayan qonşu dayanmadan ustumüzə su buraxır, blokda divarlar daim yaş olur, uculub dağılır. Nəmişlik evə də keçir, divarlar işlanır. Mən hardasa may ayında bunu Sevil xanıma dedim, tədbir görməsini xahiş etdim. Dedi ki, "biz bilirik, xəbərdarlıq etmişik, sonrası bizlik deyil. Siz özünüz qonşuya deyin, məhkəməyə verin..."

Etiraz etdim, dedim "binanin problemlərini mən həll edəcəyəmsə, siz nəyə lazımsız?!" Dedi "biz camaatın problemlərini həll edirik". Dedim "bu vaxta kimi camaatdan 25-30 min pul yığmısız, nə etmisiz?" Dedi "20 min manat liftin servisine vermişəm". Dedim "20 minə tızı lift almaq olar. Nə qədər ki, bizim divar yaş olacaq, dağılacaq, mən sizə pul verməyəcəyəm." İki ay sonra İdarə heyətinin üzvlərini yığdı, 10 nəfərlə qapımıza gəldi, pul istədi. Dedim, "siz nə vaxt bizə 25-30 min manatın hesabatını versəz, mən də o vaxt sizə pul verəcəyəm. Amma şəxsi bank kartinıza yox, MMC-nin rəsmi hesabına keçirəcəyəm...

Və son olaraq, Mən 35 ildir jurnalistikadayam, "Xalq qəzeti"ndə siyasi icmalçı, Elmlər Akademiyasında və Bakı Polisində mətbuat katibi işləmişəm, amma bu Sevil xanımin nə özunə, nə də imzasına rast gəlmişəm. Təsis yığıncağında mənim təkidimlə özü haqqında verdiyi məlumatda dedi ki, son 15-20 ildə Azərbaycanda olmayib, Türkiyədə yaşayib və işləyib...

P.S. Mənim hüquq-muhafiazə orqanlarına müraciət etmək fikrim var, sentyabrı gözləyirəm. Görək bu Sevil xanım kimdir, hardan gəlib, hara gedir, niyə sakinlərin pullarını MMC-nin rəsmi bank hesabına yox, şəxsi kartına yükləyir?!

P.S.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Qalib Arif
Xəbəri paylaş