Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordumuz, liderimiz və xalqımız bir yerdədir, məğlubedilməzdir!

Ordumuz, liderimiz və xalqımız bir yerdədir, məğlubedilməzdir!


"Mənəvi çatışmamazlıq xəstəliyinə düçar olanlar, dəyərlər sistemi zəif, mənəvi prinsipləri olmayan və siyasi qərarlarını yalnız şəxsi maraqları üzərində quran, milli, mədəni və etik dəyərlərə malik olmayan, “əhəmiyyətsiz siyasətçi kompleksi” yaşayan, hər vasitəni “haqlı” hesab edən şərəf yoxsulları. Vaxt var idi, Zəngəzur dəhlizi ilə bağlı ikiüzlü mövqelərini ortaya qoyub deyirdilər ki, “Zəngəzuru unutdular.” Xankəndində Azərbaycan bayrağını görməyincə isə deyirdilər: Yarımçıq suverenlik kimə lazımdır? “Xankəndi həll olundu” sözünün arxasında dura bilməyənlər, şəxsi faydaları üçün mövqelərini asanlıqla dəyişənlər, satqınlığa meyilli olanlar, siyasi fürsətpərəstlər. Şərəf yoxsulluğunu nümayiş etdirənlər isə keçdilər digər şantajlarına: “Rusiyadan asılıyıq”, “Sivil dünya belə gəldi, belə getdi” və başqa böhtanlara".

Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, Xankəndidə parad keçirdik, Azərbaycan bayrağı dalğalandı, amma siz yenə də boş danışmaqdan əl çəkmədiniz:

"Rusiya ilə münasibətləri görürsünüz, amma sizə qalan ancaq məsuliyyətsiz söz yığınlarıdır. Bu vicdansızlığı yalnız vicdan yoxsulları edə bilərlər çünki onların gözündə nə dövlət marağı, nə milli qürur, nə də həqiqət dəyər daşıyır. Doğru ilə yanlışı, düzlə əyrini, ədalətsizliklə ədaləti ayırd edə bilsələr də, qəsdən ədalətsizliyə, əyriyə, yanlışa üstünlük verənlər xalqın maraqlarını tapdalayan siyasətşünaslar üçün vicdan yalnız ritorikadır.
Onlar üçün həqiqət deyil, şəxsi maraq müqəddəsdir. Onlar doğru bildiyini susar, yalanı isə yüksəkdən səsləndirər. Bu səbəbdən tarix onların adını şərəfsizlərin sırasında yazacaq. Xankəndi bizdə, region bizdə, Zəngəzur bizdə, Qarabağ bizdə!
Reallıqları dəyişən güc bizdə, böyük düşüncə sahibi olan lider bizdə, ərazi bütövlüyümüz bizdə!".

Mərkəz rəhbəri qeyd edib ki, vaxtilə dövlətimizin qüruru ilə oynayan hissiyatsızların başına endirilən yumruq bizdə:

"Cənab Prezidentin dediyi kimi, dünyanın bir nömrəli ofisində, qüdrətli dövlət başçısı ilə region reallıqlarını müzakirə edən bacarıq, intellekt və siyasi iradə bizdə!
Ucadan-ucaya dövlətimizin qürurunu qaldıran İlham Əliyev, öz diplomatiyası, xarici siyasəti, geosiyasi baxışları, plan və proqramları ilə dövlətçilik prinsiplərinə sadiqliyini, xidmətini, hörmətin və sayğının nə olduğunu bütün dünyaya göstərdi. Siz, əbləhlər, şərəf yoxsulları, hələ də düçar olduğunuz mənəvi yoxsulluq xəstəliyindən sağala bilmirsiniz.

Dünyanın super gücü ilə regionda strateji nəqliyyat marşrutunun yaradılması bölgədə uzunmüddətli sülhün və dayanıqlı inkişafın təminatıdır. Həm də, ümumiyyətlə, cənab İlham Əliyevin hakimiyyəti dövründə gördüyü işlər dünya siyasəti miqyasında ölkəmizə faydalar gətirdi, uğurlar qazandırdı və qürurlu tarix yazmağımızla nəticələndi. Siz isə, qürur yoxsulları olduğunuz üçün, bu xoşbəxtliyi yaşaya bilmədiniz. Rəsul Quliyev demişkən, ey bədbəxtlər!..

Bu torpaq bizimdir qanımızla, qürurumuzla, gələcəyimizlə!
Hər addımımızda tarix yazırıq, hər qərarımızla gələcəyimizi qururuq.
Satqınların, vicdansızların səsi isə küləklə uçan yarpaq kimidir unudulacaq, silinəcək.
Bizim ordumuz, liderimiz və xalqımız bir yerdədir məğlubedilməzdir!
Azərbaycanın gücü onun birliyindədir, onun namusu onun xalqındadır!
Bizim gücümüz, birliyimiz və iradəmiz qarşısında heç bir satqın, heç bir vicdansız dayanmayacaq".

Süleyman
Xəbəri paylaş