
"Ağ Ev rəhbəri Donald Trampla Ruusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüşdən müsbət nəticə olmayacaq".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ukrayna və Avropa ölkələri bu görüşdən narazıdır:
"ABŞ prezidenti Avropanın təhlükəsizliyini təhdid edən Rusiyanın Ukraynada üstünlük əldə edilməsinə razı olarsa, bu, Vaşinqtonun geosiyasi mövqelərinin, eləcə də Avropa ilə siyasi-təhlükəsizlik əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər. Məhz V. Putin ABŞ və Avropa arasında parçalanma yaratmağa çalışır".
Süleyman