
Bir müddət əvvəl Qazaxıstanın Almatı vilayətində qəzaya uğrayan vertolyotda olan üçüncü şəxsin cəsədi tapılıb.
Newscenter.az xəbər veeir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yaylıb. Bildirilib ki, avqustun 12-də sualtı axtarış tədbirləri zamanı üçüncü ekipaj üzvü Aman Amangeldinin meyiti tapılıb.
O, təcrübəli pilot olub, dəfələrlə çətin meteoroloji şəraitdə uçuşlar həyata keçirib. Müxtəlif təlimlərdə və əməliyyatlarda iştirak edib. Mərhum pilot yüksək performans intizamı və qüsursuz xidmət reputasiyası ilə seçilib.
Xatırladaq ki, avqustun 10-da ekipaj komandiri mayor Nurjigit Uysinbayevin meyiti tapılmışdı. Avqustun 11-də isə axtarış qrupları kapitan Bəxtiyar Ərjigitovun meyitini sudan çıxarıblar.
Ölən pilotların hər üçü Hava Hücumundan Müdafiə Qüvvələrinin Hərbi İnstitutunun məzunlarıdır.
Mehman Mehdiyev