Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və İran yalnız iqtisadi təsir alətlərindən istifadə edə bilər

Rusiya və İran yalnız iqtisadi təsir alətlərindən istifadə edə bilər


"Həm Rusiya, həm də İran regiona kənar güclərin gəlişini öz Cənubi Qafqaz maraqlarına təhlükə kimi gördüklərindən prosseslərə bu və ya digər şəkildə müdaxilə etməyə cəhdlər edəcəklər. Rusiyanın və İranın Azərbaycana təsir imkanları olmadığından əsas təzyiq Ermənistana olacaq. Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılılığı, enerji təchizatı baxımından həm Rusiya, həm də İrandan asılı olması, üstəgəl bu ölkədə Rusiya hərbi bazasının və aktiv beşinci kalonunun mövcudluğu rəsmi İrəvana təzyiq göstərmək ehtimallarını arıtrır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, əslində sülh prossesinin ABŞ-ın iştirakı ilə aparılmasının və razılaşmaların məhz Vaşinqtonda əldə edilməsinin də səbəbi gözlənilə bilən təzyiqlərin minimallaşdırılmasına hesablanıb:

"Prosses ABŞ-ın zəmanəti ilə irəliləyir və bu da həm Rusiya, həm də İranı ehtiyatlı davranmağa məcbur edir. İndi Rusiya və İran yalnız iqtisadi təsir alətlərindən istifadə edə bilər ki, zənnimcə bu da əvvəldən hesablanıb. Məhz elə bu səbəbdəndir ki, son dönəmlərdə Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün bütün imkanlarını səfərbər edir.

Çünki Türkiyə hər hansı bir problem vəziyyətində Ermənistan üçün enerji təchizatçısı və iqtisadi problemləri aradan qaldıra, Rusiya və İranın yerini doldura biləcək bir gücdür. Odur ki, biz çox qısa vaxt ərzində Türkiyə-Ermənistan münasibətlərində irəliləyişlərə şahidlik edə bilərik".

Süleyman
Xəbəri paylaş