Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada miqrantlara kuryer işləmək qadağan edilib

Rusiyada miqrantlara kuryer işləmək qadağan edilib




Sankt-Peterburq şəhərində əcnəbi vətəndaşlar üçün qadağan olunmuş peşələrin siyahısı genişləndirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qubernator Aleksandr Beqlov əcnəbi vətəndaşların kuryer işləməsini, o cümlədən müxtəlif nəqliyyat vasitələrində ərzaq və yüklərin çatdırılmasını qadağan edən fərman imzalayıb. Bu barədə Sankt-Peterburq qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Çeklov 2025-ci ilin sonuna qədər qüvvədə olan taksi sektorunda işləmək qadağasını əlavə edib.

Rəsmilərin dediyinə görə, tədbir “qeyri-peşəkar məşğulluqla mübarizə, xidmətlərin keyfiyyətini və təhlükəsizliyini yaxşılaşdırmaq, ruslar, ilk növbədə gənclər və tələbələr üçün iş yerləri yaratmaq” məqsədi daşıyır.

Qeyd edilir ki, xarici kuryerlər bu sektorda işləyənlərin ümumi sayının kiçik bir hissəsini təşkil edir, ona görə də qadağa bazara təsir etməyəcək.

Anar Əliyev
Xəbəri paylaş