
Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.
Hər iki şəxs məsuliyyətə cəlb olunub.
Mehman Mehdiyev