Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp və Putin görüşü nə vəd edir?

Tramp və Putin görüşü nə vəd edir?


"Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Ukrayna böhranı ilə bağlı görüşəcək. D.Tramp avqustun 8-nə kimi Rusiyaya vaxt vermişdi. Əgər, Rusiya atəşkəs və sülhlə bağlı razılaşmaya gəlməsə, sanksiyalar tətbiq ediləcəyini elan etmişdi. V. Putin D. Trampın xüsusi nümayəndəsini dəvət edərək, danışıqlara hazır olduğunu və qarşılıqlı kompromisə gedəcəyini qeyd edib. Göründüyü kimi, D. Trampın verdiyi vaxtdan
V. Putin nəticə çıxarmış oldu".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, V. Putin D. Trampda birbaşa görüş tələbindən imtina edirdi, hətta telefon danışığında güzəştsiz mövqeyini davam etdirirdi:

"ABŞ təzyiqləri fonunda V. Putin görüş tələbini qəbul edərək, yenidən manevr siyasətinə qayıdır.

V. Putin Ukraynanın şərqində Rusiyanın işğalını tanımaqla atəşkəs təklifini irəli sürəcək. D. Trampın xüsusi nümayəndəsi Uitkofun V. Putinlə görüşündə ciddi razılaşmalar əldə edilib ki, liderlərin görüşündə bu məsələlər müzakirə ediləcək. Amma, Avropa İttifaqının və Böyük Britaniyanın mövqeyi burada həlledicidir. Əgər, Ukraynanın şərqi güzəşt edilərsə, beynəlxalq hüquq normaları pozulacaq. Rusiyanın aqressiv siyasəti digər qonşu ölkələrə qarşı yönəlmiş olacaq.

Ümumiyyətlə, D. Tramp Ukraynanın şərqini Rusiyaya güzəştə getməklə, atəşkəsdə maraqlıdır. Bunun nəticələri isə, Avropa və digər qonşu ölkələrə hərbi müdaxilələrə gətirib çıxara bilər".

Anar Əliyev
Xəbəri paylaş