
Riskli bölgələrdə dəmir yolu xidmətləri müvəqqəti olaraq dayandırılacaq.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, meşə yanğınları ilə mübarizə ilə bağlı riskli ərazidə dəmir yolu varsa, qığılcımların relslərdən uçmaması üçün müəyyən müddətə xidmət dayandırılacaq.
Cevdet Yılmaz elektrik xətləri ilə bağlı da əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini söyləyib. Bundan başqa riskli dövrlərdə piknik sahələri müvəqqəti olaraq bağlanacaq.
Yüksək temperatur, aşağı rütubət və güclü küləklər bir araya gəldikdə yanğın riskinin qat-qat artdığını qeyd edən Yılmaz, "Meşə yanğınlarının səbəblərini də ədədi olaraq təhlil etdik. Mənşəyi və baş vermə şərtləri də daxil olmaqla, bütün bu amilləri araşdırdıq",- deyə vurğulayıb.
Mehman Mehdiyev