
Özbəkistan 2025-ci ilin birinci yarısını turizm sektoru üzrə yüksək göstəricilərlə başa vurub.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadın bildirir ki, bu ilin yanvar-iyun aylarında ölkəyə 5,3 milyona yaxın xarici ölkə vətəndaşı turizm məqsədilə səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon nəfər çoxdur. Qeyd edilən göstərici 48,9% artım deməkdir.
Ekspertlərin fikrincə, artıma bir sıra amillər təsir edib. Xüsusilə, vizasız rejim tətbiq olunan ölkələrin sayının artması, hava və dəmir yolu daşımalarının artması, turizm infrastrukturunun inkişafı, beynəlxalq sərgilərin və reklam kampaniyalarının aktivliyi kimi amillər turist axınını artırıb.
Rəsmilər qeyd edirlər ki, ilin sonuna kimi turistlərin sayı daha da artacaq və ölkənin turizm sektoru rekord həddə çata bilər. Bunun daxili xidmətlər bazarının fəallığında, mehmanxanaların doluluğunda və yeni iş yerlərinin yaradılmasında mühüm müsbət dəyişikliklərə səbəb olacağı gözlənilir.
Hesabat dövründə Özbəkistana səfər edən turistlər aşağıdakı kimi bölünüb:
Qohumları ziyarət edənlər - 3 596 799 nəfər (ümumi axının demək olar ki, üçdə ikisi);
Səyahət - 783 696 nəfər;
Ezamiyyətlər - 594 023 nəfər;
Ticarət - 223 581 nəfər;
Müalicə - 48 557 nəfər;
Təhsil - 9546 nəfər.
Süleyman