
8 avqustda Vaşinqtonda keçirilən Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trump arasındakı görüş mühüm tarixi əhəmiyyətə malik olmaqla yanaşı bütün dünyanın diqqətini Ağ evə yönəltdi. Xüsusən, sözügedən görüş və onun nəticələri region ölkələrinin beyin mərkəzləri tərəfindən diqqətlə izlənildi. Təbii ki, nəzərlərin yönəldiyi əsas məsələlərdən biri liderlərin mətbuata verdiyi açıqlamalar və həmin açıqlamaların alt qatındakı mesajlar idi. Ələlxüsus da cənab Əliyevin Ağ Evdəki mətbuat konfransında səsləndiyi fikirlər fonunda verdiyi mesajlar...
Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarını qısaca olaraq aşağıdakı kimi təsnif etmək olar:
1. Tarixi uğur və dönüş nöqtəsi
Prezident Əliyev bu görüşün və orada imzalanan sənədlərin region üçün tarixi önəm daşıdığını vurğulayıb. O, bu anı “tarix yazan gün” kimi dəyərləndirib O bildirib ki, bu razılaşma vasitəsilə ona görə vəhdət əldə olundu ki, tərəflərdə geri addım olmayacaq: “Number one kapitalda, number one ofisdə—bu, heç kimin geri çəkilməyəcəyinə işarədir. … Bu gün əldə olunan razılaşma sabit, əbədi sülhə gətirib çıxaracaq.”
2. Minsk Qrupunun fəaliyyətinə son qoyulması
Əliyev Minsk Qrupu çərçivəsində aparılan danışıqların artıq zamanını itirdiyini bildirib və bu formatın ləğvinin vaxtının çatdığını qeyd edib.
3. Nəqliyyat əlaqələrinin açılması
Azərbaycanın xarici və daxili bölgələri(Naxçıvanla birbaşa əlaqə) arasında maneəsiz nəqliyyat əlaqələrinin qurulmasının regionun rifahı üçün əsas olduğunu vurğulayıb.
4. Diplomatik yanaşma və siyasi məmnunluq
Əliyev ABŞ Prezidenti Donald Trump-ın görüşün real əhəmiyyət qazanmasında xüsusi rolunu qeyd edib, həmçinin Türkiyənin — Prezident Rəcəb Tayyib Ərdoğanın regionda normallaşma prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
5. Güney Qafqazın gələcək perspektivləri
Azərbaycan Prezidenti bölgəyə sabitlik və təhlükəsizliyin gətirəcəyi faydanı, eləcə də uşaqların parlaql gələcəyi üçün bu prosesin əhəmiyyətini vurğulayıb: “Konfrontasiya səhifəsi bağlanacaq, bizim uşaqlar üçün parlaq və təhlükəsiz gələcək təmin ediləcək.”
Nəticə olaraq 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü İlham Əliyev üçün diplomatik fəaliyyətinin zəncirvari uğur oldu. Hərbi və siyasi qələbələrinin beynəlxalq aləmdə qəbul edilməsinə, regionda ABŞ-ın strateji rolunun möhkəmlənməsinə və Azərbaycanın gələcək inkişafı üçün faydalı nüfuz gözətçiliyinin formalaşmasına xidmət etdi.
Eyni zamanda İlham Əliyevin çıxışı Güney Qafqazda sülhün əldə edilməsi və regionun Qərbə inteqrasiyası yönündə ciddi mesajlarla diqqət çəkib.Və təbii ki, buradan verilən mesajlar qonşumuz olan iki ölkəni-İran və Rusiyanı da buraxdıqları səhvlər fonunda ciddi düşünməyə və gələcək siyasi addımlarının redaktə etməyə vadar edəcək. Əks halda, hər iki ölkə geopolitik anlamda çox sey itirəcək.
Jalə Həsənova
YAP Yevlax rayon təşkilatının fəalı