
2025-ci ilin birinci rübündə Özbəkistan 14 xarici ölkəyə ümumilikdə 23,4 min ton ərik ixrac edib.
Newscenter.az Özbəkistanın Milli Statistika İdarəsinə istinadən bildirir ki, ixracın ümumi dəyəri 18,8 milyon ABŞ dolları təşkil edib. Bu da bu sektorda böyük ixrac potensialından xəbər verir.
Hesabat dövründə Özbəkistanın ərik ixrac etdiyi ölkələr sərasında birinci yerdə Rusiya olub. Bu ölkəyə 17 min 111 ton ərik ixrac olunub. Sonrakı yerləri 4 min 256 tonla Qazaxıstan və 1 min 249 tonla Qırğızıstan bölüşdürüb.
Qeyd edilən müddət ərzində Özbəkistanda Azərbaycana ixrac edilən ərik isə cəmi 40 ton təşkil edib.
Süleyman