Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtonəqliyyat vasitələrinin 82,1 faizi benzinlə işləyir

Avtonəqliyyat vasitələrinin 82,1 faizi benzinlə işləyir


İyulda Qazaxıstanda 169,9 min avtomobil qeydiyyata alınıb.

Newscenter.az Qazaxıstan Milli Statistika Bürosuna istinadən xəbər verir ki, 2025-ci il avqustun 1-nə Qazaxıstanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 6,629 min ədəd təşkil edib.

İstifadə olunan yanacaq növlərinə görə avtonəqliyyat vasitələrinin 82,1 faizi benzinlə, qarışıq yanacaqla işləyən avtomobillərin xüsusi çəkisi isə 7,1 faiz olub.

Avtomobillərin ümumi sayında dizellə işləyən avtomobillərin payı 7 faiz, qazla işləyən avtomobillərin payı isə 0,3 faiz təşkil edib.

Eyni zamanda, qeydiyyata alınan nəqliyyat vasitələrinin ümumi sayının ən böyük payı (37,5%) mühərrikinin həcmi 1500-2000 kubsantimetr olan avtomobillərin payına düşür.

Anar Əliyev
Xəbəri paylaş