
Qazaxıstan Çinlə birlikdə taxıl qovşağı tikmək niyyətindədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, taxıl qovşağı Çinin Çenqdu şəhərində inşa ediləcək.
Qeyd edək ki, "Qazaxıstan Temir Yolu” Milli Şirkəti, “Kedenttransservis” ASC və Çinin “Sichuan Port and Shipping Investment Group Co., Ltd.” şirkətlər qrupu nəqliyyat və logistika sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi ilə danışıqlar aparıblar.
İclas iştirakçıları əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən iri dövlətlərarası infrastruktur təşəbbüslərinin əlaqələndirilməsi, beynəlxalq tranzit marşrutlarının fəaliyyətinin təkmilləşdirilməsi, iki ölkə arasında nəqliyyat logistikasının optimallaşdırılmasını nəzərdən keçiriblər.
Süleyman