Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla Özbəkistan arasında uçuşların sayı artacaq

Qazaxıstanla Özbəkistan arasında uçuşların sayı artacaq


Qazaxıstan və Özbəkistan uçuşların sayını artırmaq və aviasiya sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Asiya – Çin (C5+1)” formatında mülki aviasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupun konfransı çərçivəsində Qazaxıstan və Özbəkistanın aviasiya hakimiyyətləri arasında danışıqlar aparılıb.

Danışıqlar zamanı hər iki tərəf müntəzəm uçuşların sayının artırılması barədə razılığa gəlib. Nazirlikdən bildirilib ki, bu addım nəqliyyat əlçatanlığının inkişaf etdirilməsi, işgüzar və mədəni əlaqələrin gücləndirilməsi, eləcə də iki ölkənin turizm cəlbediciliyinin artırılması məqsədi daşıyır.

Danışıqların nəticəsi olaraq, iki ölkənin daşıyıcılarına Almatı-Daşkənd və Astana-Daşkənd marşrutlarının hər biri üzrə həftədə 42-dək reys həyata keçirməyə icazə verilib.

Anar Əliyev
Xəbəri paylaş