
"Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfər edəcək. A. Overçukun səfəri əsasən nəqliyyat və kommunikasiya yollarının açılmasını müzakirə ediləcək. A.Overçukun Azərbaycana da səfər edəcəyi bildirilir. Göründüyü kimi, Rusiya ABŞ-da üçtərəfli razılaşmadan sonra, hərəkətə keçib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Baş nazirinin müavini A. Overçuk 9 noyabr Birgə Bəyannamənin qüvvədə olduğunu, həmçinin Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavini səviyyəsində Komissiyasının işinin davam etdiyini söyləyib:
"Qeyd edib ki, Rusiyanın iştirakı ilə Üçtərəfli Birgə Bəyannamə qüvvədən düşüb. Eyni zamanda, üçtərəfli kommissiya da işlək deyil. Çünki, ABŞ-da imzalanan sənədlər Rusiya ilə üçtərəfli razılaşmaların üzərindən xətt çəkdi. A. Overçuk yenidən Rusiyanın vasitəçiliyini irəli sürməklə, prosesi dayandırmaq və ABŞ-ın prosesdə iştirakının qarşısını almaqdan ibarətdir".
Politoloq deyib ki, artıq, Azərbaycanla Ermənistan ikitərəfli şəkildə nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını həyata keçirəcək:
"İkitərəfli danışıqlar aparılır. Üçüncü ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Ona görə də Rusiya Baş nazirinin müavininin Bakıda qəbul etməyə ehtiyav görmürəm".
Süleyman