
Bakıda bir qrup qadın dini ayin və mərasim adı altında kütləvi aksiya keçirmək üçün cəhd edib. Əvvəl, ərbəin deyilən dini mərasim və ayinlərlə başlayıb, sonra isə ssenari üzrə antiAzərbaycan yönümlü Xamenei rejimi təbliğatına keçid ediblər. Nəticədə 6 qadın həbs edilib, barələrində cinayət işi başlanıb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın sözlərinə görə, bu o deməkdir ki, onlar, cinayət tərkibli əməldə təqsirləndirilirlər:
"Mən şəxsən, maksimum mümkün qədər qadın həbsinin sərt olaraq əleyhinəyəm. Və bəlkə də ilk dəfədir qadın, ya dindar qadınlar aksiyasına belə sərt reaksiya var. Görünür, sıradan bir dini tədbir olmayıb. Demək ki, bu işin arxasında xüsusi təşkil, motiv, məqsəd var.
Bu təşkil də, qadınlar üzərlərinə şəklini vurduğu Xameninin Azərbaycandakı şəbəkəsi və Tehran tərəfdən göstərişli ola bilər. Sifarişçisi də təbii, bu saat Azərbaycanın əlindən zəncir çeynəyən Kremldir. Motiv və məqsəd nə ola bilir? Rusiyanın Azərbaycana mümkün daha sərt təzyiqi, hətta ola bilsin basqısına, Azərbaycanın içində olan xameneiçləri ayağa qaldırma hazırlığı, "məşqi"".
İlqar Altay daha sonra bunları deyib:
"Rusiya təşkilli "Tovuz basqısında", Polad Həşimov sarsıntısından sonra, proqram ssenari üzrə Milli Məclisə basqı-çevriliş cəhdi içindən nə qədər İranın dini şəbəkə üzvü çıxdı? Görmədiniz, 44 gün müharibə dövrü, Rusiyanın düymə basdısı ilə İran qoşunu Arazı keçmişdi?".
Anar Əliyev