Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev üçün ən məqbul variant münaqişəni dondurmaqdır

Kiyev üçün ən məqbul variant münaqişəni dondurmaqdır


"Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda inseativ tamamilə Vaşinqtonun əlindədir. Alyaska danışıqlarından sonra Donald Tramp tərəfindən Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderlərinin qəbul edilməsi prosesdə ABŞ-ın oynadığı rolu əyani şəkildə nümayiş etdirir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, liderlərin görüşündə münaqişənin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı:

"Burada prosesin gedişatı, dondurulma və yaxud atəşkəs, ərazi mübadiləsi kimi məsələlər önə çəkildi və Tramp tərəfindən Ukraynaya "istəkli ölkələr koalisiyası" çərçivəsində təhlükəsizlik zəmanətləri veriləcəyi qeyd edildi. Bu isə onu deməyə əsas verir ki, münaqişənin hansı məcrada həll edilməsindən aslı olmayaraq Ukrayna Qərbin çətiri altına salınır".

Pərviz Mirizadə qeyd edib ki, baş tutan görüşü sülhə doğru müəyyən siyasi irəliləyiş kimi qiymətləndirmək olar:

"Lakin, Rusiya hələ prosesə açıq şəkildə daxil olmayıb. Moskvanın əsas istəyi odur ki, əldə etdiyi müəyyən üstünlüklər rəsmi şəkildə təsdiqlənsin və sənədləşdirililsin. Eyni zamanda, Ukrayna tərəfi də, Rusiyadan əsaslı təhlükəsizlik zəmanətləri tələb edir. Məhz bu səbəbdən sülh prosesi indiki situasiyada qeyri-müəyyən və mürəkkəb olaraq qalır. Hesab edirəm ki, Kiyev üçün ən məqbul variant münaqişəni dondurmaq və Rusiya qarşısında öz gücünü artıraraq post-Putin dövrünə hazırlaşmaqdır".

Süleyman
Xəbəri paylaş