Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı araşdırma aparılır

Narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı araşdırma aparılır


Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Newscenter.az-ın məlumatına görə, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində çalışan Abdullayeva Gülbədənin narkozda olan qadını uyğunsuz vəziyyətdə çəkib paylaşdığı barədə videolar yayılıb. Onun əvvəllər saç ustası olduğu, lisenziyasız fəaliyyət göstərdiyi iddia edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş