Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan səhiyyəsinin Samiq Sadıxov bəlası

Naxçıvan səhiyyəsinin Samiq  Sadıxov bəlası


Naxçıvan səhiyyəsinin uçuruma aparılmağından dəfələrlə söz açmışıq.Hər dəfəsində yazdığımız mövzular cənab Prezidentimizin dediyi kimi hüquq mühafizə orqanları üçün bir siqnal və ya işarət olub.

Amma nədənsə onlar da susur.Hər-halda bir bildikləri var,müəyyən vaxtı gözləyirlər.

Bu gün isə Sizlərə dərman və tibbi təchizat tapılmayan Naxçıvan xəstəxanalarından və Naxçıvan Təcili Yardım Mərkəzindən məlumat verəcəyik.

Bildiyiniz kimi Naxçıvan xəstəxanalarında dərman çatışmazlığı neçə müddətdir ki,davam edir.Dərmanları işçilərdən qeyri-qanuni olaraq pullar yığaraq aldırırlar.Bəllidir ki,bu qeyri-qanuni yığılan pulların da hesabına alınan dərmanlar çox kiçik bir hissəni ödəyir.

İşçilər deyir ki,bizdən qeyri-qanuni yığılan pulu verməyəndə də işdən şərlənərək çıxarılmaqla hədə-qorxu gəlinir.İşimizi itirməmək üçün Samiq Sadıxovun yediyi dərman pulların biz maaşımızdan ödəyirik.

Naxçıvan Təcili Yardım Mərkəzi isə ümumiyyətlə biabırçı vəziyyətdədi.Dərman tapılmamağı bir bəla,10.000-15.000 manat aralığında işə götürülmüş sürücülər Təcili Yardım Mərkəzinin baş həkiminin və inzibati məsələlər üzrə müavinin əlindən dad edir.

Sonradan isə deyirlər:O yazıqlar bizi sıxsalar da onları başa düşürük.Samiq yeyib dağıdıb,özünə bahalı maşınlar,Bakı şəhərində evlər alıb,bunlar çalışır onun yediklərini ört basdır etsinlər.

Belə ki,Təcili Yardım maşınlarının sürtkü yağları,nokladkaları və digər təmir xərcləri sürücülərin özlərinə ödətdirilir.Sürücülər isə bildirir ki,məcburuq,işsiz qalmamaq üçün ödəyirik.

Onu da qeyd edirlər ki,biz o xərcləri öz cibimizdən qarşılamasaq onsuzda az sayda olan təcili yardım maşınları işləməyəcək,yenə də taksi kimi olsa da ,çox gec gedib çağırış olan yerə çatsaq da,birtəhər xəstə çatdırılmasını edirik.Halbuki bu xərclər üçün dövlətimiz tərəfindən böyük məbləğdə vəsait ayrılır.

.Samiq Sadıxov isə dövlət tərəfindən ayrılan vəsaitləri ,dövlətin tibb müəssisələrinə deyil,öz kefinə və qaynatasının adına bahalı mülklər ,maşınlar almağa sərf edir.Hüquq - mühafizə orqanlarından xahiş edirik bu məsələləri araşdırsınlar,yazdıqlarımızda zərrə qədər də yalan olmadığının şahidi olacaqlar.

Şüuru yerində olan,dövləti həqiqətən istəyən biri olsa bir gün belə Naxçıvan səhiyyəsini batırmağa davam etməz,istefa verər.

Amma Samiq Sadıxov yazılan nöqsanları düzəltmək əvəzinə,mənə heç kim heçnə edə bilməz deyərək ,daha üst güc strukturlarının rəhbərlinim adından istifadə edərək anormal formada gülür,dövlətin otağında ailəli olan sevgilisinə papatyam heçnəyə fikir vermə deyərək öz kefini çəkməyə davam edir.

Amma dərk etmir ki,batırdığı səhiyyə Azərbaycan dövlətinə məxsusdur.Geci-tezi dövlət etdiyi bu qanunsuzluqların araşdırmasını aparacaq və Naxçıvan səhiyyəsini bu yarıtmaz nazirdən qurtaracaq.

Sima Babayeva
Xəbəri paylaş