Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 239 jurnalist həlak olub

Qəzzada 239 jurnalist həlak olub


2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzza zolağında 239 jurnalist İsrail hücumları nəticəsində həlak olub.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada İsrailin sistemli şəkildə fələstinli jurnalistləri və mətbuat mənsublarını hədəf aldığı vurğulanıb və Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünyadakı bütün media qurumlarını İsrailin planlı hücumları pislənməyə çağırılıb.

Beynəlxalq ictimaiyyətə və müvafiq təşkilatlara İsrailin cinayətlərini beynəlxalq məhkəmələrə çatdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə, jurnalistləri qorumaq və soyqırıma son qoymaq üçün ciddi və təsirli təzyiq göstərməyə çağırış edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş