Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhün əldə olunmasına hesablanmış istənilən dialoq alqışlanandır

Sülhün əldə olunmasına hesablanmış istənilən dialoq alqışlanandır


"Sülhün əldə olunmasına hesablanmış istənilən dialoq alqışlanandır. Məsələyə bu nöqteyi nəzərdən yanaşdıqda görürük ki, bütün tərəflər sülh danışıqlarının aparılmasında, sülühn əldə edilməsində maraqlı olduqlarını dilə gətirirlər. Ancaq hər bir tərəf prosesə öz şərtləri ilə daxil olur. Bəzi hallarda isə danışıqlar prosesində iştirak edənlər şərtlərin qəbuledilməz olduğunu bildirirlər. Müəyyən kontur arqumentlər gətirərək özünəməxsus tərzdə öz maraqlarına cavab verən şərtlərini irəli sürürlər. Nəticə etibarilə şərtlərarası ziddiyyət yaranır. Bu da istər-istəməz danışıqlar prosesinin uzanmasına, ən azından sülhlə bağlı olan mövqelərin daha da qətiləşməsinə maneçilik törədir. Vaşinqtonda keçirilən görüşdə bunu gördük ki, tərəflər real olaraq sülhdə maraqlı olduqlarını bildirdilər. Tərəflər pozitiv mühitdə görüş keçirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Vaşinqtonda Amerika, Ukrayna prezidenti və Avropa liderləri arasında baş tutan görüşü şərh edərkən səsləndirib. Nəzərə alaq ki, 2025-ci ilin fevral ayında Donald Trampla Zelenski arasında keçirilən görüş kifayət qədər gərgin olmuşdu. Həmin görüşdən narazı qalan Ağ Ev rəhbəri bir müddət Ukrayna prezidenti ilə hər hansı bir təmasda olmadı. Yalnız xüsusi nümayəndə və məsul şəxslər vasitəsilə bu təmaslar edilirdi. Ancaq sonrakı mərhələdə proseslər düzəlməyə doğru getdi. ABŞ-la Ukrayna arasında nadir metalların istismarına dair müvafiq saziş imzalandı. Nəticə etibarilə bundan sonra proseslər bir qədər məhsuldar nəcrada davam etməyə başladı".

Millət vəkili qeyd edib ki, Avropa İttifaqının bu məsələdə mövqeyi konkretdir və onlar Ukraynanın hər hansı bir məsələdə güzəştə getməsində maraqlı deyillər:

"Qeyd etdiyim kimi hər bir tərəf sülh istəyir və hər bir tərəfin də özünəməxsus tərzdə sülh anlayışı var. Bu da onu deməyə əsas verir ki, Vaşinqton görüşündə hər hansı bir ciddi nəticə əldə olunmayıb. Növbəti görüşün Tramp-Putin-Zelenski arasında olacağı planlaşdırılır".

Süleyman

Süleyman
Xəbəri paylaş