Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil haqlarının artırılması doğru addım deyil

Təhsil haqlarının artırılması doğru addım deyil


"Dövlətin ali təhsil müəssisələrinin təhsil haqlarını birdən-birə 50%-ə qədər artırması doğru addım deyil".

Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, özəl universitetlər istəsələr, illik 100 min də təyin edə bilərlər:

"Buna nə vətəndaş, nə iqtisadçı, nə də dövlətin müdaxilə etməsi doğru olmaz. Çünki, belə halı bazar tənzimləyir. Amma dövlətin maliyyələşdirdiyi, dövlət binasında, dövlət avadanlıqları və büdcə vəsaiti ilə işləyən universitetlərin belə davranışı artıq mövqedən sui-istifadədir".

İqtisadçının sözlərinə görə, xüsusilə elə ixtisaslar var ki, ölkədə yalnız bir-iki universitet həmin peşəni tədris edir və tələb də bu peşə çox yüksəkdir:

"Belə olan halda qiyməti kəskin artırmaq dövlət qurumu kimi yox, özəl müəssisə kimi davranışdır. Bu isə heç bir halda ədalətli sayıla bilməz. Dövlətin ali təhsil müəssisəsi vətəndaşa xidmət etməli, tələbdən sui-istifadə etməməlidir".

Süleyman
Xəbəri paylaş