
İstanbulda Avropanın ən böyük geyim sərgisi açılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropanın ən böyük moda tədbiri olan İstanbul Fashion Connection-IFCO-nun 8-ci buraxılışı İstanbul Sərgi Mərkəzində təşkil olunub.
Türk moda sənayesinin dünya miqyasında nüfuzlu təşkilatı olan İstanbul Hazır Giyim ve Konfeksiyon İhracatçılı Birliyinin (İHKİB) təşkil etdiyi sərginin açılışını ticarət nazirinin müavini Özgür Volkan Ağar edib.
O, yarmarkada Türk hazır geyim sektorunun istehsal gücünün, dizayn qabiliyyətinin və ticarət baxışının bütün dünyaya təqdim edildiyini söyləyib.
Anar Əliyev