
Özbəkistan və Belarus enerji sektorunda kadr hazırlığı həyata keçirəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məqsədlə “Üzenerqoinspektsiya” Energetika İşçiləri Milli Assosiasiyasının rəsmiləri ilə Belarus Respublika Peşə Təhsili İnstitutunun nümayəndələri arasında görüş keçirilib.
İclasda yeni enerji obyektlərinin tikintisi və modernləşdirilməsi üçün kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilib.
Kadr hazırlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin Özbəkistanda tətbiqi, peşə hazırlığı proqramlarının və təlimlərinin təşkili, ixtisaslı mütəxəssislər üçün ixtisasartırma və yenidənhazırlanma kurslarının genişləndirilməsi sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.
Danışıqlar zamanı enerji sektorunda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və sektorun yüksək ixtisaslı kadrlarla təmin edilməsinə yönəlmiş müasir təhsil proqramlarının tətbiqi məsələləri də müzakirə olunub.
Süleyman