Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhra ərazilərinin yaşıllaşdırılması məsələsi müzakirə edilib

Səhra ərazilərinin yaşıllaşdırılması məsələsi müzakirə edilib


Özbəkistan Qətərlər səhra ərazilərinin yaşıllaşdırılması, toz tufanlarına və torpağın deqradasiyasına qarşı mübarizə, ekologiya və su ehtiyatları üzrə birgə tədqiqatların aparılması kimi məsələlər ətrafında əməkdaşlıq edəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin birinci müavini Obidjon Kudratov ilə Qətərin Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyinin müşaviri Əbdüləziz Əhməd Abdullah Əl Mahmud arasında keçirilən görüş zamanı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin təbii sərvətlərin mühafizəsi sahələrində təcrübə mübadiləsinin aparılması və ekoloji problemlərin həllində birgə səylərin gücləndirilməsi perspektivləri müzakirə edilib.

Süleyman
Xəbəri paylaş