
Ankaranın bəndlərində doluluq nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 39,41 faizdən 19,42 faizə, aktiv doluluq nisbəti isə 31,21 faizdən 8,52 faizə düşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, şəhərin 3 aydan az içməli suyu qalıb.
Ankara Su və Kanalizasiya İdarəsinin (ASKİ) internet saytındakı Anbarlar İnformasiya Sisteminə görə, şəhəri su ilə təmin edən 1 milyon 585 milyon 393 min kubmetrlik bəndlərdə ümumi doluluq nisbəti 20 avqust tarixinə 307 milyon 931 min kubmetr olmaqla yüzdə 19,42 olub.
Ötən il avqustun 20-də bəndlərdə doluluq 39,41 faiz, tutumu 624 milyon 824 min kubmetr olub.
2024-cü il avqustun 20-də 435 milyon 867 min kubmetr ilə 31,21 faiz təşkil edən aktiv istifadəyə yararlı su bu ilin eyni tarixində 118 milyon 974 min kubmetrlə 8,52 faiz təşkil edib.
Anar Əliyev