Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan diaspor rəhbəri Misir Seyyidlər İttifaqının sədri ilə görüşüb

Azərbaycan diaspor rəhbəri Misir Seyyidlər İttifaqının sədri ilə görüşüb


Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov
Misirin Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şəriflə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Seymur Nəsirov özü məlumat verib. Bildirib ki, Seyyid Mahmud Şərif Azərbaycanın həqiqi dostudur:

"Qeyd edim ki, o, həmçinin Misir Parlament sədrinin sabiq birinci müavinidir".

Görüşdə Misirlə Azərbaycan arasında mövcud əlaqələr, bu əlaqələrin inkişaf perspektivləri, birgə həyata keçirilməsi mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Süleyman
Xəbəri paylaş