Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT təlimlərə başlayır

KTMT təlimlərə başlayır


Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatı (KTMT) sentyabr ayından təlimlərə başlayır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təşkilatın Kollektiv Çevik Reaksiya Qüvvələri sentyabrın əvvəlində Belarusun “Losvido” və “Lepelski” poliqonlarında “Qarşılıqlı fəaliyyət-2025” birgə təlimləri keçirəcək.

Bundan başqa “Axtarış-2025” kəşfiyyat qüvvələri və “Eşelon-2025” maddi-texniki təminat xidmətləri tərəfindən xüsusi təlimlər də təşkil olunacaq.

"Bu təlimlərin həyata keçirilməsi planları Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin "Qərb-2025" birgə strateji təlimləri planı ilə sıx bağlıdır.

Sentyabrın ikinci ongünlüyündə Qırğızıstan Respublikası ərazisindəki “Edelveys” təlim mərkəzində isə Mərkəzi Asiya regionunun Kollektiv Çevik Hərəkat Qüvvələrinin bölmələri ilə “Sərhəd-2025” komanda-qərargah təlimi keçiriləcək.

Bir ay sonra, oktyabrın ortalarında Tacikistan Respublikasının “Fəxrabad” poliqonunda KTMT sülhməramlı qüvvələri ilə birgə “Sarsılmaz Qardaşlıq-2025” təlimi keçiriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş