
Özbəkistan gəncləri “Yeni Özbəkistan” parkında tarixi nailiyyət əldə ediblər.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, 1946 istedadlı gənc mühəndis eyni vaxtda 1946 kiçik robot yığaraq böyük nəticə əldə edib. Bu nailiyyət Özbəkistanı bir daha “Ginnesin Rekordlar Kitabı”na daxil edib.
Bu böyük nailiyyətdə Buxara Dövlət Texniki Universitetinin 113 istedadlı tələbəsi də fəal iştirak edərək öz elmi-texniki potensiallarını nümayiş etdiriblər. Sonda Buxara Dövlət Texniki Universitetinin rektoru Sədoqət Siddikova təntənəli şəkildə Ginnesin Rekordlar Təşkilatının xüsusi Sertifikatı ilə təltif olunub. Rekord vuran tələbələr medallarla təltif olunublar.
Süleyman