Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Prezidenti Türkmənistana gedir

Özbəkistan Prezidenti Türkmənistana gedir


Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan-Türkmənistan-Özbəkistan” formatında keçiriləcək üçtərəfli sammitdə iştirak etmək üçün avqustun 22-də bu ölkəyə işgüzar səfərə gedəcək.


Newscenter.az
xəbər verir ki, bu barədə Özbəkistan Milli Xəbər Agnetliyi məlumat yayıb. Bildirilib ki, “Avaza” milli turizm zonasında keçiriləcək tədbirin gündəliyinə əsasən, ilk növbədə ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə baxılacaq. Bir sıra birgə sənədlərin imzalanması gözlənilir.

Dövlət başçısı sammit çərçivəsində ikitərəfli danışıqlar da aparacaq.

Süleyman
Xəbəri paylaş