Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəhreyn və Özbəkistan diplomatik pasport sahibləri üçün vizaları ləğv edir

Bəhreyn və Özbəkistan diplomatik pasport sahibləri üçün vizaları ləğv edir


Özbəkistanla Bəhreyn arasında diplomatik pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzalanıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, saziş Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovun Bəhreynə səfəri zamanı imzalanıb.

Məlumata görə, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Bəhreynə rəsmi səfəri çərçivəsində bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.
O cümlədən, nazir Bəhreyn Krallığının Baş nazirinin müavini Şeyx Xalid bin Abdulla Əl Xəlifə ilə görüşüb.

Özbəkistan və Bəhreyn Krallığı arasında əməkdaşlığın bütün sahələri müzakirə edilib.

Qeyd olunub ki, iki ölkənin hökumətləri dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəal iş aparır.

İqtisadiyyat, mədəniyyət, təhsil, geosiyasət kimi sahələrdə səmərəli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Bəxtiyor Səidov Bəhreyn Krallığının Xarici İşlər Naziri ilə də görüşüb.

Danışıqlar zamanı iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticarətin, investisiyaların və institusional təcrübə mübadiləsinin inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda, regional və qlobal əməkdaşlığın aktual istiqamətləri nəzərdən keçirilib.

Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Süleyman
Xəbəri paylaş