Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə elektrik istehlakı rekord həddə çatıb

Türkiyədə elektrik istehlakı rekord həddə çatıb


Ötən ay Türkiyə son 55 ilin ən isti iyulunu yaşayıb və kondisionerdən istifadənin artması səbəbindən saatlıq elektrik istehlakı rekord həddə çatıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ember beynəlxalq enerji araşdırma mərkəzinin yeni təhlilinə görə, artan temperaturla birlikdə artan kondisionerdən istifadə elektrik enerjisi istehlakının əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Bu çərçivədə Türkiyədə temperaturun hər dərəcə Selsi artması əlavə 0,77 gigavat elektrik istehsal gücü tələb edir. Başqa sözlə, havanın temperaturu 22 dərəcədən 32 dərəcəyə yüksələrsə, artan elektrik tələbatını ödəmək üçün Atatürk Su Elektrik Stansiyasının istehsal gücünə bərabər olan ən azı üç yeni elektrik stansiyasının işə salınması lazımdır.

Türkiyədə kondisionerdən istifadənin artması ilə əlaqədar keçən ayın rekord temperaturu saatlıq elektrik istehlakının 59 giqavat-saata çatmasına səbəb olub. İyulun 28-də baş verən bu rekord saatlıq elektrik istehlakının 18 faizini soyutma təşkil edib.

Hesabata görə, Türkiyədə yay aylarında saat 12:00-18:00 arasında bu nisbət 10%-i keçərək soyutmanın artıq lüks deyil, elektrik şəbəkəsində həlledici və əsas yük faktoru sayılmalı olduğunu nümayiş etdirir.

Xüsusilə qısamüddətli tələb artımları elektrik xətləri və transformator yarımstansiyaları kimi şəbəkə komponentlərində ani yüklənmələrə səbəb olur, nasazlıq və kəsilmə riskini artırır.

Anar Əliyev
Xəbəri paylaş