
Qazaxıstanda bitki yağı istehsalı artıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yeddi ayının yekunlarına əsasən, bitki yağı istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 420,5 min tondan 521,2 min tona çatıb.
Bunlardan günəbaxan yağı istehsalı 457,7 min ton təşkil edib ki, bu da ötən ilin səviyyəsindən (367,8 min ton) 24,5% çoxdur.
Ümumilikdə, 2024-cü ildə ölkədə 753 min ton bitki yağı istehsal edilib. Bu, 2023-cü illə müqayisədə (672,1 min ton) 12% çoxdur. Günəbaxan yağı istehsalı 18,3% artıb.
Qeyd edilib ki, bu gün ölkədə ildə 4,7 milyon ton yağlı toxum emal etmək gücündə 88 emal müəssisəsi fəaliyyət göstərir.
Süleyman