
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Çili Hərbi Dəniz Qüvvələri zəlzələdən sonra sunami xəbərdarlığı edib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Çilinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğunu açıqlayıb.
Təxminən 10,8 kilometr dərinlikdə baş verən zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub.
Anar Əliyev