Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Özbəkistanda təbii sərvətlərin çıxarılmasında iştirak edəcək

Çin Özbəkistanda təbii sərvətlərin çıxarılmasında iştirak edəcək


Çin Özbəkistanda təbii sərvətlərin çıxarılmasında iştirak edəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ dağ-mədən və geologiya nazirinin müavini Ural Yusupovla “JDB Group Limited” şirkətinin sədr müavini Çan Man İn arasında keçirilən görüşdə müzakirə edilib.

Görüş zamanı Özbəkistanda xarici investorlar, yerin təkindən istifadəçilər və sahibkarlar üçün yaradılan şərait, o cümlədən şirkət nümayəndələrinin regionlara səfərləri və perspektiv sahələrin yerindəcə öyrənilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, şirkət nümayəndələri ilə perspektivli sahələrin inkişafı sahəsində əməkdaşlıq haqqında razılıq əldə edilmiş anlaşma memorandumu imzalanıb.

Süleyman
Xəbəri paylaş