
Qazaxıstanın təyyarə parkı yeni təyyarələrlə tamamlanacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu nəqliyyat nazirinin müavini Məqsət Kaliakparov deyib.
O deyib ki, bu gün Qazaxıstanda təyyarə parkı 104 ədəddir. O cümlədən 2025-ci ilin birinci yarısında təhvil verilmiş 6 yeni Airbus A320 və 1 yeni Boeing 737 MAX 8 təyyarəsi var.
2030-cu ilə qədər donanma daha 103 təyyarə ilə tamamlanacaq ki, bu da onu 216 ədədə çatdırmağa imkan verəcək.
Nazir müavini deyib ki, bu il 36 yeni beynəlxalq marşrut açılıb, 8 xarici aviaşirkət bazara daxil olub. Ölkədaxili 61 marşrut üzrə həftədə 850 reys həyata keçirilir.
Anar Əliyev