Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobus dərəyə aşdı, yaralılar var

Avtobus dərəyə aşdı, yaralılar var


Qazaxıstanda sərnişin avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə paytaxt Astananın Kabanbai Batır küçəsində baş verib. Avtobusun dərəyə aşması nəticəsində baş verən qəza zamanı 14 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə şəhərin çoxsahəli xəstəxanalarına, eləcə də Milli Təcili Tibbi Yardım Koordinasiya Mərkəzinə aparılıb.

Yaralıların əksəriyyəti yüngül xəsarətlər alıb.

Mehman Mehdiyev
Xəbəri paylaş