Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İordaniya kralı Özbəkistana dövlət səfəri edəcək

İordaniya kralı Özbəkistana dövlət səfəri edəcək


İordaniya Haşimilər Krallığının kralı II Abdullah ibn əl-Hüseyn Özbəkistana dövlət səfərinə gəlir.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, avqustun 25-26-da baş tutacaq səfər zamanı əsas tədbirlər Səmərqənd şəhərində keçiriləcək.

Görüşlərin gündəliyinə siyasi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişaf etdirilməsi, kimya, əczaçılıq, kənd təsərrüfatı, tekstil, mədənçıxarma və digər sahələrdə əməkdaşlığın qurulması, mədəni-humanitar mübadilənin genişləndirilməsi məsələləri daxildir.

İki ölkə liderinin danışıqları zamanı beynəlxalq və regional siyasətin aktual aspektləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Süleyman
Xəbəri paylaş