
Özbəkistan məhkəmələrində süni intelektdən istifadə olunacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, “Məhkəmələrin fəaliyyətinə süni intellekt texnologiyalarının tətbiqi yolu ilə ədalət mühakiməsinə çıxış səviyyəsinin artırılması və məhkəmə sisteminin maddi-texniki təminatının təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezident fərmanı qəbul edilib.
Fərmanda məhkəmə işlərinin kağız formasından tədricən imtina edilərək tamamilə elektron qaydada aparılması (“Rəqəmsal Məhkəmə” konsepsiyası), məhkəmələrdə süni intellektin tətbiqi üçün müasir texniki infrastrukturun yaradılması, Ali Məhkəmənin informasiya sistemi əsasında məhkəmə sənədlərinin xüsusi arxivinin yaradılması,
“kiber hüquq” sahəsində tədqiqatların aparılması, hakimlərin və işçilərin rəqəmsal savadlılığının və bacarıqlarının təkmilləşdirilməsi və s. kimi mühüm məqamlar öz əksini tapıb.
Bundan sonra məhkəməyə ərizə vermək niyyətində olan şəxs süni intellekt vasitəsilə məhkəmə prosesinin təxmini nəticəsi və nəticələri barədə məlumat alacaq və məhkəməyə müraciətlər elektron qaydada veriləcək.
Süleyman