
"Ermənistanda Rusiyanın Gümrükdəki 102 -ci bazasının çıxarılması tələbi ilə "Respublika naminə" partiyası etiraz aksiyası keçirib. Hakimiyyətə yaxın müxalif partiyanın paytaxt Yerevanda öz tərəfdarlarını toplayaraq Gümrüdə baza yaxınlığında bu etirazı təşkil etməsi, N. Paşinyanın təlimatı əsasında həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazdə deyib. O bildirib ki, Moskva Gümrükdəki 102-ci bazaya son günlər əlavə silahlar və canlı qüvvə yerləşdirib:
"Həmçinin FTX sərhəd qoşunlarının 200 nəfər şəxsi heyəti hərbi bazaya gətirilib. Rusiya FTX sərhəd xidmətinin əməkdaşlarını İranla sərhəddə Zəngəzur dəhlizi istiqamətində yerləşdirilməsi nəzərdə tutulur. Rusiya rəhbərliyi məhz 102-ci baza vasitəsilə Zəngəzur dəhlizinə təhdid edir".
Politoloq deyib ki, Ermənistan baş naziri seçki öncəsi, Rusiyanın hərbi təhdidlərini neytrallaşdırmaq üçün məhz siyasi partiyalardan istifadə edir:
"Bununla, Rusiyaya ciddi mesaj verir ki, seçki öncəsi proseslərə müdaxilə edərsə, hərbi bazanın çıxarılması üçün geniş şəkildə etirazlar təşkil edilə və giriş -çıxış məhdudlaşdıra bilər. Göründüyü kimi, N. Paşinyanın ölkəsində Rusiyanın hərbi imkanlarından çəkinmir və preventiv addımlar atır.
Ermənistan hakimiyyətinin bu təzyiqləri fonunda Rusiyanın 102-ci bazadan istifadə edərək, Zəngəzur dəhlizinə mane olmasının qarşısını ala bilər".
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan baş naziri seçkilərdə qələbə əldə edərsə, Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək:
"Məhz Azərbaycanla sülh mətnində Ermənistan öz ərazisindən üçüncü ölkəyə qarşı hərbi əməliyyatlara icazə verməyəcəyi öhdəliklərini götürüb. Türkiyə ilə də münasibətlər normallaşır. Ona görə də Rusiyanın Ermənistanda hərbi mövcudluğu növbəti mərhələdə sual altındadır. ABŞ, Avropa Birliyi və Türkiyə Rusiya bazasının çıxarılmasını N. Paşinyandan tələb edir".
Süleyman