Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev: Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır

Tokayev: Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır


"Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır".

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın xarici işlər naziri Takeşi İwaya ilə görüşü zamanı deyib.

Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, mədəni-humanitar sahələrdə Qazaxıstan-Yaponiya genişləndirilmiş strateji tərəfdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin beynəlxalq strukturlar çərçivəsində inteqrasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Tokayev, "Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır. Biz Tokio ilə hərtərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm veririk",-deyə vurğulayıb.

Qazaxıstan Prezidenti Astana ilə Tokio arasında əlaqələrin yüksək templə inkişaf etdiyini bildirib.

Anar Əliyev
Xəbəri paylaş