Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gözəllik salonlarında bunlara xüsusi diqqət edin

Gözəllik salonlarında bunlara xüsusi diqqət edin


Gözəllik salonlarında dezinfeksiya üçün lazımi şərait yaradılmasa, belə yerdə nə müştərilərin, nə də işçilərin təhlükəsizliyi təmin olunmur. Təbii ki, belə şəraitdə təhlükəli yoluxucu xəstəliklərə yoluxma riski yüksəkdir.

Odur ki, xidmətdən istifadə etməzdən əvvəl mütəxəssislərin qeyd etdiyi tövsiyələrə ciddi əməl etmək, salonda gigiyena və yoluxucu xəstəliklərdən qorunma səviyyəsini yoxlamaq çox vacibdir.

Newscenter.az xatırladır ki, bərbər və kosmetologiya otaqlarında gigiyena qaydalarına ciddi riayət olunması mütləqdir. Alətlər və avadanlıqlar üç standart alət dəstində saxlanmalıdır. Təbii kosmetika qapalı qablarda, steril alətlər isə xüsusi qablaşdırma və metal qablarda olmalıdır.

İstifadə olunmuş maşa, daraq, qayçı axar suyun altında yuyulmalı və xüsusi vasitələrlə dezinfeksiya edilməlidir. Elektrikli ülgüclər iki dəfə spirtlə silinməlidir. Maşın alətləri və hissələri yalnız xüsusi təlim keçmiş işçilər tərəfindən təmizlənməlidir. Lazımi dezinfeksiyaedici maddələr anbarda olmalı və düzgün etiketlənməlidir. İşçilər işə daxil olarkən və mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər.

Ekspertlərin fikrincə, gözəllik salonu işçilərindən iş yerində xüsusi iş paltarı geyinmək, əllərini sabunla yumaq, antiseptiklərdən istifadə etmək, saç boyayarkən rezin əlcək taxmaq tələb olunmalıdır

İş yerində yemək yemək və siqaret çəkmək qadağandır.

Dəriyə qan gəldiyi halda dərhal sabun və axan su ilə yuyulması məsləhət görülür.

Anar Əliyev
Xəbəri paylaş